Gimnastlarımız İslamiadada uğurla çıxış edir

15 Avqust, 11:20 Sosial mediada paylaşın:
İslam Həmrəyliyi oyunlarının 10-cu günündə aerobika gimnastikası üzrə millimizin üzvləri  fərqləniblər.
Fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə gümüş medala sahib olub. Bu idmançılar qoşa yarışlarda da bacarıqlarını göstəriblər. Atletlərimiz cütlük kimi də qızıl medal qazanıblar. Trio növündə çıxış edən kollektivimiz isə gümüş mükafata yiyələnib. Xatırladaq ki, aerobika üzrə seçməmiz daha əvvəl komanda şəklində gümüş medal əldə etmişdi.

CANLI YAYIM