Azərbaycan Premyer Liqasında 2-ci tur yekunlaşıb

15 Avqust, 11:10 Sosial mediada paylaşın:
Ölkə çempionatında 2-ci tura yekun vurulub. “Qəbələ” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Meydan sahibləri 8-ci dəqiqədə hesabı açıblar. Rövlan Muradov başla dəqiq oynayıb. 2 dəqiqə sonra fərq artıb. Murad Musayev rəqibi növbəti dəfə mərkəzə dəvət edib. Çox keçmədən “Qəbələ” futbolçuları 3-cü dəfə toru silkələyiblər. “Şamaxı”nın qapıçısı Rəşad Əzizlinin kobud səhvindən sonra Felipe Silva rəqibini cəzalandırıb. 3:0. Fasilədən sonra qonaqlar buraxılan toplardan yalnız birinin əvəzini çıxa biliblər. Amil Yunanovun vurduğu qol sadəcə təsəlli olub: “Qəbələ” – “Şamaxı” 3:1.
“Neftçi” isə “Bakcell Arena”da debütant “Kəpəz”lə qarşılaşıb. Bu qarşılaşmada 7 qol qeydə alınıb. “Flaqman” ilk hissədə 4 dəqiqə ərzində 3 qol vuraraq azarkeşlərini coşdurub. Solomon Kverkveliya, Qodsvey Donyo və Kenni Sayef ardıcıl qollar vuraraq hesabı ilk hissədə 3:0-a çatdırıb. Fasilədən sonra 51-ci dəqiqədə Eddi İsrafilov “Kəpəz”i 4-cü dəfə mərkəzə dəvət edib. Az sonra Gəncə təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. Abdullahi Şhaibu fərqlənib. Görüşün sonlarında “Neftçi” 5-ci dəfə “Kəpəz”in qapısına yol tapıb. Eqor Boqomolski dəqiq oynayıb. İkinci hissəyə artırılan dəqiqələrdə “Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov daha bir qol vursa da bu, heç nəyi dəyişməyib. “Neftçi” – “Kəpəz” 5:2.

CANLI YAYIM