MBA əfsanəvi basketbolçu Bill Rassellin nömrəsini əbədiləşdirdi

12 Avqust, 17:27 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyası iyulun 31-də vəfat edən Bill Rassellin nömrəsini əbədiləşdirib. Bu barədə liqanın rəhbərliyi qərar qəbul edib. Bundan sonra MBA-da mübarizə aparan komandaların oyunçularından heç biri əfsanəvi basketbolçunun vaxtı ilə geyindiyi “6” nömrəli forma ilə meydana çıxa bilməz. Xatırladaq ki, Rassell MBA-da keçirdiyi 13 mövsümdə “Boston Seltiks”in heyətində 11 dəfə çempionluq sevinci yaşayıb. Bununla yanaşı o, 5 dəfə liqanın ən dəyərli oyunçusu adını qazanıb və 11 dəfə “All Star” matçına dəvət alıb.
Yeri gəlmişkən, Amerika mətbuatının yazdığına görə, ötən mövsümə qədər liqada “6” nömrəli forma ilə mübarizə aparan oyunçulara klublarını dəyişənə qədər həmin nömrə ilə oynamağa icazə verilib. Məhz bu səbəbdən “Los Anceles Leykers”də bu nömrəni daşıyan komandanın lideri Lebron Ceyms yenə də eyni forma ilə də oynaya biləcək.

CANLI YAYIM