Konyada "Azərbaycan günü" keçirilib

12 Avqust, 15:10 Sosial mediada paylaşın:
Konyada “Azərbaycan günü” çərçivəsində keçirilən mərasim atletlər kəndində təşkil olunub.
Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Milli Olimpiya Komitəsinin  vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibi Azər Əliyev, idmançılar və könüllülər iştirak ediblər. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirildiyini xatırladıb. Baş katib bildirib ki, Azərbaycan Konyadakı yarışlara böyük heyətlə qatılıb. Komandamızda Olimpiya çempionları, dünya və çempionlarının olduğunu qeyd edən baş katib idmançılarımızın hər birinin əzmlə mübarizə apardığını deyib. Azər Əliyev yarışların yüksək təşkilinə və qonaqpərvərliyə görə türkiyəli həmkarlara minnətdarlığını bildirib.

CANLI YAYIM