"Neftçi" avrokuboklarda mübarizəni dayandırıb

12 Avqust, 11:30 Sosial mediada paylaşın:
“Neftçi” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
“Ağ-qaralar” Avstriyada “Rapid”in qonağı olub. Bakıda 2:1 hesabilə qələbə qazanan komandamız səfərdə uğurun davamını gətirə bilməyib. 1-ci hissədə qol olmayıb.  Meydan sahibləri daha üstün təsir bağışlasalar da, “Neftçi” əks-hücumlar zamanı rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Hesabı isə “Rapid”  futbolçuları açıblar. 66-cı dəqiqədə Marko Qrül topu qapıya vurub. Çox keçmədən komandamız hesabı bərabərləşdirmək üçün daha bir imkan əldə etsə də, Kenni Sayef əlverişli fürsəti dəyərləndirə bilməyib. Beləliklə 90 dəqiqə rəqibin minimal üstünlüyü ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. “Rapid” bu hissədə də güclü hücumlar təşkil edib. Avstriyalıların səyi 112-ci dəqiqədə nəticə verib. Ferdi Dröyfün başla zərbəsi dəqiq alınıb. Görüş elə 2:0 hesabilə ilə başa çatıb. “Rapid” 2 oyunun yekununda “Neftçi”dən 3:2 hesabilə üstün olaraq UEFA Konfrans Liqasının pley-ofuna çıxıb.

CANLI YAYIM