Atletlərimiz taekvondo və idman gimnastikası yarışlarında fərqləndilər

12 Avqust, 11:00 Sosial mediada paylaşın:
Konyada keçiriİdman gimnastikası üzrə yarışlarda da mübarizə davam edir. İvan Tixonov dayaqlı tullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, eyni zamanda turniklə hərəkətlərdə bürünc medal qazanıb. Digər gimnastımız Nikita Simonov isə halqalarla hərəkətlərdə gümüş mükafata yiyələnib. Beləliklə, idman gimnastlarımızın qazandıqları medalların sayı 4-ə çatıb. Daha əvvəl İvan Tixanov çoxnövçülük mübarizəsində 2-ci nəticə göstərmişdi.
3 təkanla tullanma turnirində Yekaterina Sariyeva mükafatçılar sırasına daxil olub. 26 yaşlı idmançımız 14,12 metr nəticəylə gümüş medala yiyələnib. Xatırladaq ki, Sariyeva 2013-cü ildə İslam Həmrəyliyi oyunlarının qalibi olmuş, 4 il sonra Bakıda keçirilən turnirdə isə qızıl medal qazanmışdı.
Qadın taekvondoçularımızdan Minayə Əkbərova final görüşünə çıxıb. 46 kq-da yarışan idmançımız mərakeşli rəqibinə uduzaraq ölkəmizin hesabına daha bir gümüş medal əlavə edib. Digər taekvondoçularımız Taleh Süleymanov və Milad Beiqi Harçeqani isə İslamiadanı medalsız başa vurublar. Qeyd edək ki, taekvondo turnirinin ilk günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etmişdilər.

CANLI YAYIM