Tayson Fyuri karyerasını bərpa edir

11 Avqust, 17:30 Sosial mediada paylaşın:
WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri karyerasını bərpa etmək qərarına gəlib.
Bu ilin aprelində Dillian Uayt üzərində qələbədən sonra boksla vidalaşdığını elan edən britaniyalı əlcək ustası qəfil qərarını dəyişmək fikrinə düşüb. 33 yaşlı idmançı mətbuata açıqlamasında  görüşmək istədiyi boksçularla münasibətlərinə aydınlıq gətirmək fikrində olduğunu söyləyib. O, ilk növbədə Deontey Uaylderlə, daha sonra Derek Çizora ilə qarşılşmağı planlaşdırdığını bildirib. Fyuri həmçinin məşqçisini dəyişdirdiyini də elan edib. Britaniyalı boksçu bu günə qədər həmişə yanında olan Ayzek Lou ilə işləmək qərarına gəldiyini söyləyib.
Yeri gəlmişkən, məşhur proumoter Bob Arum Tayson Fyurinin ukraynalı boksçu Aleksandr Usiklə görüşə biləcəyini də söyləyib. O bu ilin dekabrında və ya gələn il əvvəllərində bu iki boksçu arasında döyüşü təşkil etməyə çalışacağını bildirib. Xatırladaq ki, Fyuri bu günə qədər keçirdiyi 33 görüşün 32-də qalib gəlib. Bu görüşlərin 23-ü nokautla bitib. Heç vaxt məğlub olmayan Taysonun yalnız bir döyüşü heç-heçə başa çatıb.   

CANLI YAYIM