Renat Dadaşov yenə də İsveçrə çempionatında fərqlənib

11 Avqust, 16:28 Sosial mediada paylaşın:
İsveçrə çempionatında 1-ci turdan təxirə salınan oyun keçirilib.
Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshoppers” klubu səfərdə “Lütsern”in qonağı olub. Görüş meydan sahiblərinin hücumları ilə başlayıb. 32-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Marko Burx “Grashopper”in qapısından keçirib. 6 dəqiqə sonra isə Dadasov hesabı bərabərləşdirib. Sağ cinahdan Hayao Kavabenin ötürməsini qəbul edən Renat müdafiəçidən məharətlə yayınaraq gözəl qola imza atıb. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib. Beləliklə də, 4 turdan sonra millimizin hücumçusunun çıxış etdiyi “Qrasshoper” 8 xalla “Yanq Boyz” və “Servett”lə birgə ilk 3 pilləni bölüşür. “Lütsern” isə 5 xalla 6-cı yerdədir. Xatırladaq ki, Renat son 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2 tur əvvəl çempionatın liderlərindən olan “Yanq Boyz”la oyunda da adını tabloya yazdırmışdı.

CANLI YAYIM