Qadın voleybolçularımızdan İslamiadada ardıcıl 2-ci qələbə

11 Avqust, 13:16 Sosial mediada paylaşın:
Qadın voleybolçularımız İslam Həmrəyliyi Oyunlarında 2-ci görüşünü keçirib. Əfqanıstan seçməsi ilə qarşılaşan yığmamız ilk dəqiqələrdən təşəbbüsə yiyələnib. Birinci set komandamızın 25:4 hesablı üstünlüyü ilə yekunlaşıb. Digər hissələrdə də voleybolçularımız çətinlik çəkmədən qalib gəliblər. 25:11, 25:4 Xatırladaq ki, Seneqal millisinə qarşı keçirilən ilk oyunda da seçməmiz 3-0 hesabilə qələbə qazanmışdı. B qrupunda mübarizə aparan komandamız 3-cü matçını avqustun 12-si Kamerun seçməsinə qarşı keçirəcək.
Kişi həndbolçularımız mübarizəyə start veriblər. Komandamız ilk matçını Türkiyə seçməsinə qarşı keçirib. Görüş Türkiyəli həndbolçuların 29:19 hesablı qələbəsi ilə bitib. Əlavə edək ki, İslam Həmrəyliyi oyunlarında həndbol yarışlarına avqustun 14-ü yekun vurulacaq. B qrupunda çıxış edən millimiz avqustun 12-si İran seçməsi ilə üz-üzə gələcək.
İslam Həmrəyliyi Oyunlarında İdman gimnastikası üzrə komanda yarışına yekun vurulub. İvan Tixanov çoxnövçülük gümüş medala sahib çıxıb. Millimiz isə komanda turnirində 4-cü yeri tutub.

CANLI YAYIM