Bu gün "Neftçi" Vyanada "Rapid"in qonağı olacaq

11 Avqust, 12:00 Sosial mediada paylaşın:
UEFA Konfransı Liqasının 3-cü təsnifat mərhələsində çıxış edən “Neftçi” cavab qarşılaşmasından əvvəl hazırlığını başa vurub.
Komanda Avstriyanın paytaxtı Vyana şəhərində yerli “Rapid” kollektivi ilə üz-üzə gələcək. Xatırladaq ki, təmsilçimiz Bakıda keçirilən ilk qarşılaşmada “Rapid”i 2:1 hesabilə mğlub etmişdi. Cavab görüşündə komandamızın heyətində itki yoxdur. Meydan sahiblərindən isə yalnız müdafiəçi Aleksa Peyiç qarşılaşmanı buraxacaq. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf fikirlərini bölüşüb. O, matçla bağlı inamlı danışıb: “Bizim kifayət qədər gücümüz var. Yalnız qələbəyə köklənmişik. Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün də vuruşmalıyıq. Futbolçulara da bu mesajı vermişəm. Rəqibin gücünə də bələdik. Hücum xəttində çox güclü futbolçuları var. Onlara boşluq verməməliyik. Qol buraxsaq, mübarizə aparmalı və hesabı bərabərləşdirməliyik. Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər. Əminəm ki, komandam bu matçda fiziki cəhətdən hazırlıqlı olacaq.”
Qeyd edək ki, “Rapid” – “Neftçi” qarşılaşması bu gün saat 22:30-da start götürəcək. Qarşılaşmanı Rohit Saqqinin başçılıq etdiyi norveçli hakimlər briqadası idarə edəcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" - "Vaduts" oyununun güclüsü ilə üz-üzə gələcək.

CANLI YAYIM