Güləşçilərimizdən İslamiadada uğurlu start

11 Avqust, 11:00 Sosial mediada paylaşın:
5-ci İslam Həmrəliyi oyunlarına sərbəst güləşçilərimiz uğurlu start verib. 65 kq-da mübarizə aparan Hacı Əliyev bütün rəqiblərini məğlub edərək finala yüksəlib. İdmançımız həlledici görüşdə Albaniya təmsilçisi Zəlimxan Abakarovu məğlub edərək qızıl medala sahib çıxıb. Beləliklə, Hacı Əliyev İslam Həmrəyliyi oyunlarında ardıcıl 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər sərbəst güləşçimiz Turan Bayramov da final oyununa çıxıb. 74 kq-da çıxış edən pəhləvanımız iranlı Məhəmmədsadıq Firuzpuru 2-1 hesabilə məğlub edərək yarışın qalibi olub. Abubakr Abakarov isə həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Daha bir sərbəst güləşçimiz, 57 kq-da mübarizə aparan Əliabbas Rzazadə isə bürünc medala yiyələnib. Qadın güləşçilərimizdən Mariya Stadnik ehtimalları doğruldub. Təmsilçimiz final qarşılaşmasında özbəkistanlı Jasmina İmayevanı məğlub edərək karyerasında 2-ci dəfə İslamiadanın qızıl medalına yiyələnib. Qadın güləşçilərimizdən Alyona Kolesnik isə gümüş mükafata sahib çıxıb. 

CANLI YAYIM