Bu gün Avropa Suiperkubokunda "Real" "Ayntraxt"la qarşılaşacaq

10 Avqust, 17:28 Sosial mediada paylaşın:
Bu gün UEFA Superkubokunun sahibi müəyyənləşəcək. Mükafat uğrunda oyunda Çempionlar Liqasının qalibi Real Madrid və UEFA Avropa Liqası kubokuna yiyələnən Ayntraxt Frankfurt üz-üzə gələcək. Komandalar Finlandiyada qarşılaşacaqlar.
Oyundan əvvəl ənənəvi mətbuat konfransı keçirilib. Real Madridin baş məşqçisi Karlo Ancelotti komandasına inandığını və ötən illə müqayisədə daha güclü olduqlarını bildirib:“Biz bu mövsüm bütün turnirlərdə qələbəyə köklənmişik. Bəli, 6 turnirin hamısında qalib olmaq çətindir. Ancaq biz çətin görünəni bacarmağa çalışacağıq.  Komandama çox inanıram. Fikrimcə Real ötən ilkindən daha güclüdür. Var gücümüzlə çalışacağıq. Futbolçularımın işə münasibəti məni sevindirir. Qələbə mənə və futbolçulara həmişə xüsusi hisslər bəxş edir”.
Ayntraxtın baş məşqçisi Oliver Qlazner matçı səbirsizliklə gözlədiyini deyib: “Helsinkiyə gəlmək, belə bir möhtəşəm stadionda olmaq mənə ötən mövsümün həyacanını yaşadır. Avropa Liqasında qələbəmizi xatırladır. Avropada ən məşhur və uğurlu komanda ilə oyunu səbirsizliklə gözləyirəm.  Bizim üçün fantastik bir gecə olacaq. Çempionlar Liqasının qalibinə qarşı oynamaq futbolun ən yüksək səviyyəsidir. Bu çətin sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik”
“Real” İndiyədək 7 dəfə superkubokun sahibi olub. “Ayntraxt” isə heç vaxt bu mükafata yiyələnməyib.  Real Madrid – Ayntraxt Frankfurt matçı Helsinki Olimpiya stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

CANLI YAYIM