İdmançılarımız bu gün 10 növdə mübarizə aparacaq

10 Avqust, 13:11 Sosial mediada paylaşın:
Bu gün 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 10 növdə bacarıqlarını göstərəcəklər.
Turnirin 6-cı günündə atletlərimiz güləş, taekvondo, idman gimnastikası, stend atıcılığı, stolüstü tennis, atletika, para-kamandan oxatma və paraüzgüçülük növlərində çıxış edəcəklər. Bundan başqa saat 14:00-də qadın voleybolçularımız Əfqanıstan millisi ilə görüşəcəklər. Saat 16:00-da isə kişi həndbolçularımız qardaş Türkiyə seçməsi ilə üz-üzə gələcəklər.

CANLI YAYIM