Millimiz İslamiadada daha 2 medal əldə edib

10 Avqust, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan atleti Aleksis Kopelyo V İslam Həmrəyliyi Oyunlarında gümüş medal əldə edib. 37 yaşlı idmançı 3 təkanla tullanma yarışında fərqlənib. Eyni növdə Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.
Taekvondoçularımızdan Həşim Məhəmmədov da mükafatçılar sırasına daxil olub. 58 kq-da çəkidə çıxış edən atletimiz yarımfinala qədər irəliləsə də, daha sonra uduzaraq bürünc medala yiyələnib.
Hazırda Azərbaycan yığmasının hesabında 1 dəst mükafat var. Aleksis Kopelyonun gümüş, Həşim Məhəmmədovun bürünc medal əldə etdiyi yarışda komandamıza ilk mükafatı Anna Skidan qazandırmışdı. O, çəkicatma növündə bütün rəqiblərindən üstün olmuşdu.

CANLI YAYIM