Dürant "Bruklin Nets"dən ayrılmaq fikrindədir

9 Avqust, 17:06 Sosial mediada paylaşın:
Kevin Dürant “Bruklin Nets”i tərk etmək istəyir. Amerika mətbuatının məlumatına görə, MBA ulduzu klubun rəhbərliyi ilə görüşərək onlar qarşısında tələblərini irəli sürüb. Dürant klubun bosslarına belə vəziyyətdə burada qalmaq istəmədiyini söyləyib. O, “Bruklin”in inkişaf planını bəyənmədiyini və iş yerini dəyişmək qərarına gəldiyini rəhbərliyin diqqətinə çatdırıb.  Kevin yalnız baş menecer Şon Marksla baş məşqçi Stiv Neşin istefaya göndəriləcəyi halda qərarını dəyişməyə hazır olduğunu bildirib. “Nets”in idarə heyəti isə menecer və məşqçi dəyişikliyinə getməyə hazır deyil. Ona görə də hazırda Dürantın treydi ilə əlaqədar başqa klublarla danışıqlar aparılır.
Yeri gəlmişkən, MBA əfsanələrindən olan Şakil O`Nil “Bruklin”i tərk etmək istədiyinə görə Dürantı tənqid edib: Sən bir evi tikirsənsə, orada yaşamalısan və bir lider kimi komandanı öz arxanca daşımalısan. Amma görünən odur ki, Dürant bunu etmək istəmir. Kevin titul uğrunda mübarizə aparan başqa komandaya keçməyi qarşısına məqsəd qoyub. O öz rahatlığını bunda görür”. Xatırladaq ki, Dürant 2019-cu ildə “Qolden Steyt Uorriors”dan ayrılaraq “Bruklin”ə keçmişdi.

CANLI YAYIM