Qadın voleybolçularımız İslamiadaya parlaq qələbə ilə başladı

9 Avqust, 13:00 Sosial mediada paylaşın:
Qadın voleybolçularımız İslamiadaya parlaq qələbə ilə başlayıblar.
B qrupunda çıxış edən seçməmiz ilk görüşdə Seneqal millisi ilə üz-üzə gəlib. Komandamız görüşün taleyini 3 setdə həll edib 25:7, 25:6 və 25:10. Qeyd edək ki, b qrupunda Kamerun və Əfqanıstan yığmaları da mübarizə aparırlar.
Azərbaycan millisi növbəti görüşü Əfqanıstan seçməsinə qarşı keçirəcək.

CANLI YAYIM