Almaniya bundesliqasında 1-ci tur başa çatdı

8 Avqust, 15:04 Sosial mediada paylaşın:
Almaniya bundesliqasında 1-ci tura yekun vurulub. “Ştutqart” – “Leypsiq” fasiləyə qədər 2 qol qeydə alınıb. Qonaqlardan Kristofer Nkunkunun dəqiq zərbəsinə, meydan sahiblərindən  Nauiru Ahamada cavab verib. Qalan vaxtda isə hesab dəyişməyib. “Ştutqart” – “Leyptsiq” 1:1.
Elitaya qayıdan “Şalke” isə yeni mövsümə uğursuzluqla başlayıb. “Köln”ün qonağı olan Helzerkirxen klubu 35-ci dəqiqədə azlıqda qalıb. Yarımmüdafiəçi Dominik Dreksler meydandan çıxarılıb. Say üstünlüyü qazanan “Köln” fasilədən sonra fəallaşaraq önə keçib. Əvvəlcə Luka Yannis Kilian meydan sahiblərinin ilk qolunu vurub. 62-ci dəqiqədə Florian Kaynts fərqi artırıb. 10 nəfərlə mübarizə aparan “Şalke” çox keçmədən qollardan birinin əvəzini çıxıb. Marius Bülter qonaqları ümidləndirib. Lakin Helzenkirxen futbolçuları daha artığına nail ola bilməyiblər. Vaxtın bitməsinə 10 dəqiqə qalmış Deyan Lyubiçiç meydan sahiblərinin 3-cü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib. “Köln” – “Şalke” 3:1.

CANLI YAYIM