Şahmat Olimpiadası: kişi komandamız heç-heçə etdi, qadınlar qələbə qazandı

8 Avqust, 11:35 Sosial mediada paylaşın:
Hindistanda Dünya Şahmat Olimpiadası sona yaxınlaşır.
9-cu turda kişilərdən ibarət komandamız əsas favoritlərdən Hindistanın 2-ci kollektivi ilə görüşüb. Yığmamızın üzvlərindən yalnız Nicat Abbasov qalib gəlib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov rəqibləri ilə xalı yarı bölüb. Vasif Durarbəyli isə uduzub. Beləliklə yekunda heç-heçə qeydə alınıb: Hindistan – Azərbaycan 2:2
Qadın şahmatçılardan ibarət komandamız isə 9-cu turu qələbə ilə başa vurub. Monqolustan seçməsi ilə qarşılaşmada kollektivimizin heyətində Günay Məmmədzadə və Xanım Balacayeva uğur qazanıb. Gövhər Beydullayeva heç-heçə edib. Gülnar Məmmədova isə uduzub. Azərbaycan – Monqolustan 2 xal yarım – 1 xal yarım. Hazırda kişi idmançılarımız 14 xalla 6-cı, qadın şahmatçılarımız isə 14 xalla 8-ci pillədədir.

CANLI YAYIM