"Neftçi" və "Sabah" çempionata qələbə ilə başladı

8 Avqust, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan premyer liqasında 1-ci turun daha 2 görüşü keçirilib.
“Neftçi” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Oyunun 1-ci hissəsində hesab açılmayıb. Matçın taleyini həll edən qol sona yaxın vurulub. 81-ci dəqiqədə Emin Mahmudov fərqlənərək “ağ-qaralar”a 3 xal qazandırıb.
“Sabah” – “Sumqayıt” matçında isə meydan sahiblərinin böyük üstünlüyü qeydə alınıb. Murad Musayevin komandası 28-ci dəqiqədə hesabı açıb. Anatoli Nuriyev diqqət mərkəzinə düşüb. Fasilədən sonra fərq artıb. 53-cü dəqiqədə Coy Lens Mikel “Sabah”ın 2-ci qolunun müəllifi olub. 2-ci yarıya artırılan 5-ci dəqiqədə isə Kristian Sebalyos mübarizəyə nöqtə qoyub. “Sabah” – “Sumqayıt” 3:0.

CANLI YAYIM