Riki Puç "Los Anceles Qalaksi"də oynayacaq

5 Avqust, 16:17 Sosial mediada paylaşın:
“Barselona”nın ən istedadlı gənclərindən sayılan Riki Puç isə karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək.
 “Los Anceles Qalaksi” gənc yarımmüdafiəçi ilə 3 il yarımlıq müqavilə imzalayıb. Sövdələşmənin şərtlərinə əsasən “Barselona” yetirməsi olan futbolçunu heyətinə qaytarmaq hüququna sahibdir. Bundan başqa Riki Puçun transferi başqa kluba satılsa Kataloniyalılar bu keçiddən əldə edilən məbləğin 50 faizinə yiyələnəcək.

CANLI YAYIM