Paralimpiyaçılarımız Niderlandda 4 medal qazanıb

5 Avqust, 11:15 Sosial mediada paylaşın:
Paralimpiyaçılarımız Niderlandda təşkil olunan “İnterkontinental Çellenger” yarışında uğurla çıxış ediblər.
Bocca idman növü üzrə bacarığını göstərən paraatletlərimizdən BC4 kateqoriyasında Xəyal İsmayılov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. BC4 kateqoriyasında mübarizə aparan digər idmançılarımızdan Nərmin Ağayeva və Bəhruz Mirzoyev, habelə BC2 kateqoriyasında Sona Ağayeva bürünc mükafata yiyələniblər. Qeyd edək ki, Niderland yarışında fərqlənən idmançılarımız 2 il sonra keçiriləcək paralimpiya oyunlarına reytinq xalları da qazanıblar.

CANLI YAYIM