Böyük Britaniya Qran-prisi ərəfəsində Formula 1-də qalmaqal yaşanıb

29 İyun, 17:09 Sosial mediada paylaşın:
Formula 1 üzrə Böyük Britaniya Qran-prisi ərəfəsində qalmaqal yaşanıb.
Belə ki, Formula 1 üzrə sabiq dünya çempionu Nelson Pike ötən mövsüm Silverstoundakı yarışda Lüis Hemiltonla Maks Ferstappen arasında toqquşmanı mətbuata şərh edərkən irqçilik edib. O, qəza vəziyyəti haqqında danışarkən Hemiltonu tənqid edərək onu “zənci” adlandırıb. Mətbuata dərhal açıqlama verən Lüis Formula 1-də irqçiliyə yer olmadığını bildirərək bu təfəkkür dəyişdirlməsinin zəruriliyini vurğulayıb. “Mersedes” pilotu belə halların qarşısının alınması üçün artıq əməli şəkildə fəaliyətə keçmək lazım olduğunu da söyləyib. Məsələ ilə əlaqədar “Mersedes”də bəyanat yayaraq Pikeni qınayıb. Bəzi mənbələrin yaydığı məlumatına görə, bu açıqlamadan sonra Nelson Pike Lüis Hemiltondan üzr istəməyənə qədər Formula 1 yarışları zamanı poddoka buraxılmayacaq. Yeri gəlmişlən, məşhur braziliyalı yazıçı Paulu Koelyo həmyerlisi Nelson Pikenin adından Lüis Hemiltondan üzr istəyib.

CANLI YAYIM