OCTYPE html> "Sumqayıt" ilk transferini reallaşdırıb

"Sumqayıt" ilk transferini reallaşdırıb

29 İyun, 16:03 Sosial mediada paylaşın:
2022/2023 mövsümünə hazırlaşan "Sumqayıt" ilk futbolçu transferini gerçəkləşdirib.
Klubun rəsmi saytı xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyənin "Keçiörengücü" klubunda keçirmiş Vüsal İsgəndərlini heyətinə qatıb. 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub. O, Azərbaycan milli komandasında 3 oyun keçirib.

CANLI YAYIM