Avropa çempionatı: iki güləşçimiz qızıl medal qazandı

29 İyun, 11:30 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada 20 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yunan-Roma güləşi üzrə milli komandanın 2 üzvü qızıl medal qazanıb. 55 kq-da Nihad Quluzadə final görüşündə rumıniyalı güləşçi ilə qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub. Ağır çəkidə mübarizə aparan Laçın Vəliyev də həlledici qarşılaşmada rumıniyalı idmançı ilə üz-üzə gəlib. Vəliyev 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, 72 kq çəki dərəcəsində yarışan Qurban Qurbanov isə bütün rəqiblərinə qalib gələrək gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macarıstan təmsilçisi ilə üz-üzə gələcək.

CANLI YAYIM