Avropa çempionatı: basketbolçularımız Malta millisinə məğlub olub

29 İyun, 11:00 Sosial mediada paylaşın:
Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.
A qrupundakı birinci qarşılaşmada basketbolçularımız turnirin ev sahibi ilə üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri birinci periodda 8 xal fərqi ilə irəli keçiblər -16:8. Əsas fasiləyədək təşəbbüsə yiyələnən milli komandamız hesab arasındakı fərqi 3 xaladək azaldıb - 28:25. 3-cü hissədə bərabərliyi təmin edən yığmamız periodu öz xeyrinə başa vurub - 52:49. Sonuncu periodda da rəqibin irəli keçməsinə dəfələrlə mane olan basketbolçularımız yekunda 2 xal fərqi ilə uduzublar. 73:71. Kiçik ölkələrin Avropa çempionatında Azərbaycan millisi növbəti oyununu Andorra kollektivinə qarşı keçirəcək.

CANLI YAYIM