İrvinq "Bruklin"də qalacaq, Dürantı isə "Mayami" istəyir

28 İyun, 17:33 Sosial mediada paylaşın:
“Bruklin Nets”dən ayrılacağı gözlənilən Kayri İrvinq fikrini dəyişib.  30 yaşlı ulduz basketbolçu bu klubda qalmaq istədiyini açıqlayıb.  Amerika mətbuatının məlumatına görə, növbəti mövsümdə İrvinq 36 milyon dollar məvacib alacaq. Xatırladaq ki, vaksinasiyadan imtina edən Kayri ötən mövsüm “Bruklin”in ev oyunlarında meydana çıxa bilmirdi. Klub da inadkarlıq etdiyinə görə onunla müqaviləni uzunmüddətə yeniləməyə maraqlı deyildi.
Yeri gəlmişkən, İrvinqin komanda yoldaşı Kevin Dürantın da uzun müddət “Bruklin”də qalacağı sual altındadır. Bəzi mənbələrin məlumatına görə, Florida ştatını təmsil edən “Mayami Hit” klubu ulduz basketbolçunu heyətinə qatmaqda maraqlıdır. Dürantın hansı qərarı qəbul edəcəyi isə İrvinqlə yeni müqavilənin şərtlərindən asılı olacaq.

CANLI YAYIM