Fernandinyo karyerasını doğma klubunda davam etdirəcək

28 İyun, 15:24 Sosial mediada paylaşın:
“Mançester Siti”dən azad agent kimi ayrılan Fernandinyo karyerasını vətənində davam etdirəcək.
37 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Atletiko Paranaense” klubu ilə 2024-ü ilin sonuna kimi müqavilə imzalayıb. Xatırladaq ki, Fernandinyo 2013-cü ildən “Mançester Siti”də çıxış edirdi. O, şəhərlilərin heyətində 5 dəfə premyer liqa çempionluğunu əldə edən “sambaçı” həm də klubun kapitanı idi.

CANLI YAYIM