İddiaçıların Turniri: Teymur Rəcəbov ilk qələbəsini qazandı

28 İyun, 11:00 Sosial mediada paylaşın:
İspaniyanın paytaxtI Madriddə şahmat üzrə iddiaçıların turnirində 9-cu tur arxada qalıb.
Qrossmeysterimiz Teymur Rəcəbov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. İlk dövrədə rəqibinə uduzan şahmatçımız bunun əvəzini çıxıb. Ağ fiqurlarla oynayan Teymur Rəcəbov turnirdə ilk qələbəsini qazanıb. O, 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Turun digər görüşlərinə gəldikdə Fransanı təmsil edən Alireza Firuzca macarıstanlı Rixart Rapporta qalib gəlib. Yarışın favoritləri - rusiyalı Yan Nepomnyaşşi ilə amerikalı Fabiano Karuananın qarşılaşması isə sülhlə bitib. 9 turdan sonra Yan Neponyaşşi 6 xal yarımla liderdir. Rusiyalı şahmatçının ən yaxın izləyicisi Fabiano Karuna ondan 1 xal geri qalır. Teymur Rəcəbovun aktivində 4 xal var. Növbəti – 10-cu turda qrossmeyterimiz lider Yan Nepomnyaşşi ilə qara fiqurlarla oynayacaq. Xatırladaq ki, ilk dövrədə şahmatçımız rəqibi ilə heç-heçə edib. Əlavə ki, İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

CANLI YAYIM