Françesko Banyaya MotoGP üzrə Niderland Qran-prisinin qalibi olub

27 İyun, 11:30 Sosial mediada paylaşın:
MotoGP üzrə Niderland Qran-prisi başa çatıb.
Mövsümün 11-ci yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olub. Yarış “Dukati” motosikletçilərinin üstünlüyü şəraitində keçib. Bu komandanın üzvü Françesko Banyaya isə finiş xəttini 40 dəqiqə 25 saniyəyə qət edərək cari mövsüm 3-cü dəfə fəxri kürsünün ən üst pilləsinə qalxıb. Ondan 0,4 saniyə geri qalan “Dukati”nin digər motosikletçisi Marko Betsekki 2-ci yeri tutub. “Apriliya” komandasının üzvü Maverik Vinyales 3-cü olub. Son iki qran-pridə qalib gələn “Yamaha”nı təmsil edən Fabio Kuartararo isə iki dəfə qəza vəziyyəti ilə üzləşdikdən sonra yarışı tamamlaya bilməyib. Buna baxmayaraq fransalı motosikletçi 172 xalla şəxsi birincilikdə liderliyini davam etdirir. Ondan 21 xal az toplayan “Apriliya”nın üzvü Aleyks Esparqaro 2-ci, 114 xal toplayan “Dukati” motosikletçisi Yohan Zarko 3-cüdür. Mühəndislər Kubokuna 246 xalla “Dukati”, komanda yarışına isə 213 xalla “Apriliya” başçılıq edir.

CANLI YAYIM