La Liqada yeni mövsümün təqvimi açıqlandı

24 İyun, 16:20 Sosial mediada paylaşın:
İspaniya çempionatına avqustun 14-də start veriləcək. İlk turda çempion “Real Madrid” səfərdə “Almeriya”nən qonağı olacaq. Paytaxtın digər təmsilçisi “Atletiko” “Xetafe”nin meydanına səfər edəcək. “Barselona” isə “Nou Kamp”da “Rayo Valyekano”nu qəbul edəcək. İlk turun digər görüşləri bunlardır:
"Atletik" Bilbao - "Malyorka"
"Selta" Viqo  - "Espanyol"
"Kadiz" - "Real Sosyedad"
"Osasuna" - "Sevilya"
"Valyadolid" - "Vilyarreal"
"Valensiya" - "Jirona"
 
Mövsümün ilk “El Klasiko”su oktaybrın 16-da  keçiriləcək. 9-cu turda Madriddə, 2-ci dövrədəki qarşılaşma isə martın 19-su 26-cı turda Barselonada olacaq. Madrid derbilərinə gəldikdə isə artıq 6-cı turda azareşlər “Real” – “Atletiko” oyununu izləyə biləcəklər. Qeyd edək ki, La Liqaya 2023-cü ilin iyunun 4-də yekun vurulacaq.

CANLI YAYIM