İddiaçıların Turniri: Teymur Rəcəbov 6-cı turda da heç-heçə etdi

24 İyun, 11:30 Sosial mediada paylaşın:
İspaniyanın paytaxtI Madriddə şahmat üzrə İddiaçıların Turnirində 6-cı tur arxada qalıb. Qrossmeysterimiz Teymur Rəcəbov macarıstanlı Rixart Rapportla qarşılaşıb. Ağ fiqurlarla oynayan şahmatçımız 40-cı gedişdə rəqibi ilə sülhə bağlayıb.  Xatırladaq ki, 2-ci turda Hikaru Nakamuraya uduzan Teymur Rəcəbov, geridə qalan digər turlarda Yan Nepomnyaşşi, Alireza Firuzca, Yan-Kşiştof Duda və Dinq Lirenlə heç-heçə edib. 6-cı turun digər görüşlərinə gəldikdə rusiyalı Yan Nepomnyaşşi polşalı Yan Kşiştof Dudaya, amerikalı Fabiano Karuana Fransanı təmsil edən Alireza Firuzcaya qalib gəlib. Amerikalı Hikaru Nakamura isə çinli Dinq Lirenlə heç-heçə edib.
6 turdan sonra Yan Nepomnyaşşi 4 xal yarımla liderdir. Onu 4 xalla Fabiano Karuna izləyir. Rapport və Nakamuranın aktivində 3 xal var. Növbəti yerlərdə 2 xal yarımla Teymur Rəcəbov, Dinq Liren və Yan Kşiştov Duda qərarlaşıb. Alireza Firuzca 2 xalla sonuncudur. Sabah keçiriləcək 7-ci turda Teymur Rəcəbov Fabiano Karuana ilə qarşılaşacaq. Xatırladaq ki, İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

CANLI YAYIM