Ülvi Qənizadə Romada gümüş medal qazanıb

24 İyun, 11:20 Sosial mediada paylaşın:
Romada keçirilən reytinq turnirində yunan-roma güləşçilərinin mübarizəsi başa çatıb.
Yarışın 2-ci günündə 1 pəhləvanımız – Ülvi Qənizadə ölkəmizi təmsil edib. 72 kqda çıxış edən idmançımız Macarıstan, Moldova və Norveçdən olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Amma zədələndiyindən həlledici görüşə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Beləliklə yunan-Roma güləşi komandamız turniri 9 medalla başa vurub. Xatırladaq ki, turnirin ilk günündə Murad Məmmədov, Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qızıl, Eldəniz Əzizli və Sabah Şəriəti gümüş, Beka Kandelaki və Nihat Məmmədli isə bürünc mükafat əldə edib. Beləliklə millimiz 148 xalla komanda hesabında 1-ci olub. Seçməmiz ən yaxın izləyicisi Macarıstan kollektivini 46 xal qabaqlayıb.

CANLI YAYIM