Cüdoçularımız Avropa birinciliyində 4 medal qazanıb

24 İyun, 11:00 Sosial mediada paylaşın:
Xorvatiyada yeniyetmə cüdoçuların Avropa birinciliyinə cüdoçularımız uğurla start veriblər.
55 kqda Şahin Orucov qitə çempionu olub. O, finalda serbiyalı rəqibinə ipponla qalib gəlib. 60 kqda Nizami İmranov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nizami həlledici qarşılaşmada Macarıstan idmançısından güclü olub. 50 kqda isə Məhəmməd Məmişov bürünc medal əldə edib. idmançımız 3-cülük uğrunda qarşılaşmada ermənistan codoçusuna qalib gəlib. Qızların yarışında isə Aydan Vəliyeva final görüşünə çıxıb. 48 kqdakı təmsilçimiz isveçli rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Beləliklə, komandamız ilk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə edib.

CANLI YAYIM