"Bavariya" Sadio Manenin keçidini açıqladı

23 İyun, 12:30 Sosial mediada paylaşın:
"Bavariya" "Liverpul"un futbolçusu Sadio Manenin transferini açıqlayıb.   Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.   Almaniya mətbuatı "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağını yazıb.   Sadio Mane  keçidini belə şərh edib: "Beynəlxalq səviyyədə "Bavariya" ilə çox şeyə nail olmaq istəyirəm. "Zaltsburq"da olduğum müddətdə "Bavariya"nın bir çox matçlarını izləmişəm. Bu klubu sevirəm .
Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edirdi. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib. 

CANLI YAYIM