Güləşçilərimiz reytinq turnirinə 8 medalla start verib

23 İyun, 11:00 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.
İlk yarış günündə 7 çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Yüngül çəkidə çıxış edən iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov və Eldəniz Əzizli bütün rəqiblərinə qalib gələrək finala adlayıblar. Həlledici mərhələdə Murad Eldənizə 9:1 hesabı ilə qalib gəlib. 63 kq-da yarışan Taleh Məmmədov da finaladək inamla irəliləyib. Sonuncu görüşdə 4:2 hesablı qələbə qazanaraq qızıl medal əldə edib. 67 kqda Həsrət Cəfərov da uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağır çəkidə mübarizə aparan İslam Abbasov da komandamıza qızıl medal qazandırıb. Beləliklə, yunan-Roma güləşçilərimiz ilk yarış günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

CANLI YAYIM