"Ayntraxt" Mario Götze ilə 3 illik müqavilə imzalayıb

22 İyun, 16:16 Sosial mediada paylaşın:
2014-cü il mundialında Almaniya millisinə dünya çempionluğunu qazandıran qolu vuran Mario Götze yenidən vətənində çıxış edəcək.
Klub karyerası elə də uğurlu alınmayan futbolçu Ayntratla 3 illik müqavilə bağlayıb. Bu keçid üçün Frannfurt klubu PSV eyndhovənə 4 milyon avro ödəyəcək. Niderland klubunun heyətində Mario 77 oyuna 18 qol və 18 məhsuldar ötürmə verib. Xstırladaq ki, dünya çempionu daha əvvəl bundesliqada "Borussiya Dortmund" və "Bavariya"nın heyətində çıxış edib.

CANLI YAYIM