"İnter" İnzagi ilə müqavilə müddətini yeniləyəcək

22 İyun, 14:11 Sosial mediada paylaşın:
İtaliyanın “İnter” klubu baş məşqçisi Simone İnzagi ilə müqavilənin müddətini 2024-cü ilə kimi artıracaq.
Onun maaşının da yüksələcəyi bildirilir. Xatırladaq ki, ötən ildən Milan klubunu çalışdıran İnzagi komanda ilə bu mövsüm İtaliya kubokunu və superkubokunu əldə edib. Çempioluq yarışında isə həmşəhərlilərinə uduzub. Yeri gəlmişkən “İnter”in müdafiəçisi Andrea Ranokkiya komandanı tərk edib. Müqaviəsi başa çatan 34 yaşlı futbolçu “Montsa”ya keçib. Xatırladaq ki, Silvio Berluskoninin rəhbəri olduğu komanda tarixində ilk dəfə İtaliya A seriyasında çıxış edəcək.

CANLI YAYIM