İddiaçılar Turniri: Teymur Rəcəbov 4-cü turda da heç-heçə etdi

22 İyun, 11:20 Sosial mediada paylaşın:
İspaniyanın paytaxtI Madriddə şahmat üzrə İddiaçıların Turnirində 4-cü tur arxada qalıb.
Qrossmeysterimiz Teymur Rəcəbov polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız 41-ci gedişdə rəqibi ilə sülhə bağlayıb.  Xatırladaq ki, 2-ci turda Hikaru Nakamuraya uduzan Teymur Rəcəbov, geridə qalan digər turlarda Yan Nepomnyaşşi və Alireza Firuzca ilə heç-heçə edib. 4-cü turun digər görüşlərinə gəldikdə macarıstanlı Rixarta Raportla Amerikalı Hikaru Nakamura və onun həmyerlisi Fabiano Karuna ilə çinli Dinq Lirenin qarşılaşmasında da qalib müəyyənləşməyib. Rusiyalı Yan Neponyaşşi isə Fransanı təmsil edən Alireza Firuzcanı məğlub edərək liderliyə yüksəlib. 4 turdan sonra 3 xal əldə edən şahmatçı 1-ci pillədədir. Onu 2 xal yarımla Fabiano Karuna izləyir. Duda, Rapport və Nakamuranın aktivində 2 xal var. Son 3 pillədə isə 1 xal yarımla Teymur Rəcəbov, Dinq Liren və Alireza Firuzca qərarlaşıb. Xatırladaq ki, İddiaçılar Turnirinin qalibi Şahmat Tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

CANLI YAYIM