"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi

22 İyun, 11:00 Sosial mediada paylaşın:
"Neftçi" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komandanı rumıniyalı Laurensio Regekampf çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb. Ölkəsində müxtəlif klublarda işləyən Laurensio ən böyük uğurlarını Styaua Buxarextlə əldə edib. O, bu komanda ilə Ruminiya çempionluğunu və super kubokunu qazanıb. 46  yaşlı mütəxəssis Bolqarıstan, səudiyyə Ərəbistani və birləşmiş ərəb əmirklikləi komandalarında da çalışıb.

CANLI YAYIM