"Palmeyras" liderliyini davam etdirir

21 İyun, 16:33 Sosial mediada paylaşın:
Braziliya çempionatında ilk turdan bəri liderliyi ələ keçirən “Palmeyras” səfərdə “San Paulo” ilə üz-üzə gəlib. Görüşə qonaqlar daha yaxşı başlasalar da, hesabı meydan sahibləri açıblar. 17-ci dəqiqədə Patrik “San Paulo”ni irəli çıxarıb. Sonradan tam təşəbbüsə yiyələnən qonaqlar geri dönüş etməyə nail olublar. Qarşılaşmanın sonlarında “Palmeyras” futbolçuları ardıcıl 2 qol vurmaqla qələbəni təmin ediblər. Əvvəlcə Qustavo Qomes, az sonra isə Murilo Serkeyra fərqlənərək hesabı xeyrlərinə dəyişiblər. “San Paulo” – “Palmeyras” 1:2. Bununla da, xallarını 28-ə çatdıran “Palmeyras” 13 turdan sonra liderdir. “San Paulo” isə 18 xalla 10-cudur.

CANLI YAYIM