"Tampa Bey" final seriyasında ilk qələbəsini qazandı

21 İyun, 15:18 Sosial mediada paylaşın:
Milli Xokkey liqasının final seriyasında 3-cü oyun keçirilib. “Tampa Bey Laytninq”  azarkeşləri önündə “Kolorado Evelanş”la qarşılaşıb. Meydan sahibləri 1-ci periodda geri düşsələr də sonradan 2 qol vuraraq önə keçiblər. 2-ci hissədə isə Tampa xokkeyçilərinin 4 qoluna qonaqlar cəmi 1 dəqiq zərbə ilə cavab veriblər. 3-cü periodda isə hesab dəyişməyib: “Tampa bey Laytninq” – “Kolorado Evelanş” 6:2.
 Beləliklə Florida təmsilçiləri final seriyasında ilk qələbələrini qazanıblar. Seriyanın növbəti görüşü iyunun 23-ü Tampa şəhərində təşkil olunacaq.

CANLI YAYIM