"Sumqayıt"ın hazırlıq planı bəlli olub

21 İyun, 11:30 Sosial mediada paylaşın:
“Sumqayıt”ın yay hazırlıq planı açıqlanıb.
Sözügedən komanda 2022/2023 mövsümü üçün hazırlığa iyunun 27-də start verəcək. Hazırlığın ilk mərhələsini iyulun 15-dək Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. “Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində “Koru” hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi, oyunların keçiriləcəyi tarix və məkanlar hələ müəyyənləşməyib.

CANLI YAYIM