"Səbail"dən yeni transferlər

21 İyun, 11:20 Sosial mediada paylaşın:
"Səbail" heyətini yeni futbolçular cəlb edib.
Klubun rəsmi saytı xəbər verir ki, "dənizçilər" sabiq yarımüdafiəçisi Emil Martinovu transfer edib.30 yaşlı bolqarıstanlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Emil Martionov 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib və Azrəbaycan Premyer Liqasının bürünc medalçısı olub. "Dənizçilər"in heyətinə cəlb etdiyi digər futbolçu isə portuqaliyalı Qoba Zakpadır. Kiprin ikinci liqa komandası "Etnikos"da çıxış edən 29 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.Qeyd edək ki, hücumçu "Etnikos"un heyətində 25 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM