"Qarabağ" Monteneqro millisinin üzvünü transfer edib

21 İyun, 11:15 Sosial mediada paylaşın:
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Ağdam təmsilçisi İsrailin “Hapoel Tel-Əviv” klubundan yarımmüdafiəçi Marko Yankoviçi transfer edib. Monteneqrolu futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Qarabağ” klubunda 8 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Marko Yankoviç karyerasına Serbiyanın “Partizan” komandasında başlayıb. Müxtəlif illər ərzində o, Yunanıstanın “Olimpiakos”, Sloveniyanın “Maribor”, habelə İtaliyanın SPAL və “Krotone” kimi komandalarında çıxış edib. Son iş yeri olan “Hapoel Tel-Əviv”də isə 11 oyunda iştirak edib. Marko Yankoviç 2016-cı ildən bəri Monteneqro Milli Komandasının da əsas heyət oyunçusudur.

CANLI YAYIM