Anna Başta Avropa çempionu oldu

20 İyun, 11:15 Sosial mediada paylaşın:
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Milli komandamızın lideri qrup mərhələsində 5 qələbə əldə edib. O, uğurlu çıxışını pley-offlarda da davam etdirib. Burda Anna Başta ilk görüşündə Rumıniya idmançısını məğlub edib. O, 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanla üz-üzə gəlib. Gərgin qarşılaşmada qalib ayrılan idmançımız yarımfinalda Polşa təmsilçisini mübarizədən kənralşadıraraq finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı da Anna Baştanın qarşısıında aciz qalıb. Rossella Qreqorioya qalib gələn idmançımız Avropa çempionu olub. Yarışdan sonra təmsilçimiz hisslərini bölüşüb:
“Çox xoşbəxtəm. Amma yorğun olduğumdan hisslərmi tam ifadə edə bilmirəm. Bütün görüşlərim gərgin keçdi. Həm də nəzər almaq lazımdır ki, zədəm də vardı. Bu da mənə daha sürətli olmağıma mane olurdu. Amma buna baxmayaraq hədəfimə çatdım və qızıl medal əldə etdim. İnanıram ki, bu gələcək yarışlarda motivasiyanı daha da artıracaq. İndi əsas məqsəd yaxşı dincəlib komanda turnirində də mükafat əldə etməkdir”.
 Qeyd edək ki,  ölkəmiz 23 ildən sonra qitə yarışında qızıl medal əldə edib. sonuncu dəfə 1999-cu ildə təmsilçimiz Yelena Jemayeva Avropa çempionu titulunu qazanmışdı.

CANLI YAYIM