OCTYPE html> 4 sərbəst güləşçimiz Avropa çempionatının finalında!

4 sərbəst güləşçimiz Avropa çempionatının finalında!

18 İyun, 10:35 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamlı start verib. Bağırov daha sonra türkiyəli Burak Yalçını 8:2 hesabıyla məğub edərək yarımfinalına yüksəlib. Vasif erməni Saşa Petrosyanı bükmə fəndiylə üstələyərək finala vəsiqə qazanıb. Finalda rəqib fransalı Rasul Qalburayev olacaq.Camal Abbasov (55 kq) əvvəlcə yunanıstanlı Pavlos Koronidis, ispaniyalı Unay Penas Merino və italiyalı Paskual Liutsi üzərində 10:0 hesablı qələbələrə imza ataraq yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında erməni Artavazd Harutyunyanın kürəyini yerə sıxmaqla təmiz qələbə qazanan güləşçimiz son görüşdə ukraynalı İliya Şketiklə qarşılaşacaq.İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. İsayevin növbəti qurbanı rumıniyalı Eduard David Lenard olub - 11:0. İlyas yarımfinalda Fatih Acarla dueldən qalib ayrılaraq (10:2) finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub.Şəmistan Axundov (80 kq) 1/8 finalda litvalı Daniel Boyçuku vaxtından əvvəl (10:0) məğlub edib. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Slavi Rumenov Stamenovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub - 5:4. Axundov yarımfinalda macar Piter Şombor Jinovskiylə bacarmayıb. Şəmistan bürünc medal uğrunda güləşəcək.Yusif Dursunov (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabıyla xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı əzmkar qələbə əldə edən Dursunov finala adlayıb. Yusif həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşacaq.
Qeyd edək ki, medal görüşləri iyunun 18-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

CANLI YAYIM