Aysel Məmmədzadə Avropa üçüncüsü oldu

18 İyun, 10:25 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə qızlardan ibarət milli komandanın son 2 üzvü xalça üzərinə çıxıb.
Aysel Məmmədzadə ilk mərhələdə macar Kornelia Laşloya (0:4) məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni davam etdirib. Təsəlliverici görüşdə ispan Virciniya Lopes Portilyonu 6:0 hesabıyla üstələyən Aysel son qarşılaşmada norveçli Daniella Tara Beki üzərində "tuşe" qələbə qazanaraq Avropa çempionatının bürünc medalını əldə edib.Digər güləşçimiz Jasmin Əsgərova (53 kq) Militsa Sekuloviçlə (0:5) bacarmayıb.
Beləliklə, komandamız Avropa çempionatını 1 dəst medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş medal qazanmışdı.

CANLI YAYIM