Qadın güləşçilərimiz Avropa çempionatında iki medal qazandı

17 İyun, 11:00 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan 17 yaşadək güləşçilərin Avropa çempionatında qadın idmançılarımız mübarizəyə davam edir.
Azərbaycan təmsilçilərindən 49 kqda çıxış edən Ruzanna Məmmədova ispaniyalı və ruminiyalı qalib gələrək adını yarımfinala yazdırıb. Növbəti turda türkiyəli idmançıdan üstün olan Məmmədova həlledici mərhələyə vəsiqə qazanıb. O, final qarşılaşmasında italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub. A qrupunda yarışan Elvina Kərimzadə ilk görüşdə ukraynalı güləşçiyə məğlub olsa da, bolqarıstanlı və rumıniyalı idmançılara tam üstünlüklə qalib gəlib. Qrup 2-cisi kimi yarımfinala yüksələn Kərimzadə bu mərhələdə Almaniya təmsilçisindən güclü olub. Həlledici görüşdə Polskayla üz-üzə gələn azərbaycanlı pəhləvan yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

CANLI YAYIM