Oleq Taktarov UFC-nin Şöhrət zalına daxil olmaq üçün şərt irəli sürüb

16 İyun, 16:15 Sosial mediada paylaşın:
Ötən illərin əfsanəvi döyüşçüsü Oleq Taktarov UFC-nin Şöhrət Zalına daxil ola biləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib:  “Belə bir şərait yaradacaqlarsa, onda məni braziliyalı Marko Ruasla birgə adımı siyahıya yazmalıdırlar. Marko yoxdursa, adımı Şöhrət Zalına daxil etməyin mənası qalmır. UFC tarixə hörmət etməlidir”.
 Xatırladaq ki, Taktarovla Marko Ruas arasında görüş 1995-ci ilin dekabrında keçirilmiş və hakimlərin qərarına əsasən rusiyalı döyüşçü qalib elan edilmişdi. Karyerasını 2008-ci ildə başa vuran Taktarov bu müddət ərzində 17 qələbə müqabilində 5 dəfə məğlub olmuş, 2 görüş isə heç-heçə yekunlaşmışdı.

CANLI YAYIM