Yunan-Roma güləşi millimiz Avropa çempionu oldu

16 İyun, 11:00 Sosial mediada paylaşın:
Azərbaycanın güləşi tarixində növbəti tarixi nəticə qeydə alınıb.
Yunan-Roma güləşi üzrə milli komandamız həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb. Qitə birinciliyində 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb. Yunan- Roma güləçi yarışının son günündə Məhəmməd Qasımzadə qızıl, Vədat Qasımlı və Davud Məmmədov  gümüş, Hüseyn Savadov isə bürünc medal əldə edib. Xatıərladaq ki, əvvəlki günlərdfə  Fəraim Mustafayev Avropa çempionu olmuşdu. Elvin İbadov , Seymur Qasımov və İsmayıl Rzayev isə gümüş mükafat əldə etmişdi Beləliklə, 2 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə komandamız 175 xalla - aşkar üstünlüklə Avropa çempionu olub. Millimiz 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukrayna seçməsini 66 xal qabaqlayıb. Bununla da milli komanda titulunu qoruyub.
Qeyd edək ki, Azərbaycan yunan-roma güləşçilıəri ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.

CANLI YAYIM